Salyanda körpə vəfat edib

SOSİAL 27 fev 2024, 19:02

Salyan rayonunda körpə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, yayılan məlumata görə, körpənin ölümünə səbəb pnevmoniya olub. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

“Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən körpəyə ilkin olaraq naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulub. Gecə saatlarında vəziyyəti ağırlaşan körpə, aparılan bütün tədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top