BP-nin regional prezidenti Baş nazir Əli Əsədovu təbrik etdi

SƏNAYE VƏ ENERGETİKA 21 fev 2024, 19:27
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm can sağlığı və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Bu il AÇG tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin müqaviləsinin” 30 illiyi ilə əlamətdardır. Biz Azərbaycanla onilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir, Azərbaycan hökuməti və SOCAR ilə olan uzunmüddətli tərəfdaşlığımıza sadiq qalırıq.

Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top