Azərbaycanda bank əməkdaşı futbol meydançasında öldü — FOTO

HADİSƏ 18 fev 2024, 21:05
Azərbaycanda bank işçisi futbol oynayarkən qəfildən ölüb.

Demokrat.az busaat.az-a istinadla xəbər verir ki, hadisə ötən axşam Gəncədə yerləşən özəl futbol meydançalarından birində baş verib.

“Access Bank”ın Gəncə filialının işçisi, 39 yaşlı Elçin Əhmədov futbol oynadığı zaman qəfil halı pisləşib və meydançada dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, mərhum sözügedən bankda 15 ilə yaxındır işləyirmiş. Onun səhhətində təzyiq problemi olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top