"Veb-kamera qoymaq insanları güdmək deyil" — MSK sədri

DAXİLİ SİYASƏT 01 fev 2024, 16:50
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov veb-kamera quraşdırılmasının insanları güdmək olmadığını bildirib.

Demokrat.az xəbər verir ki, o, qurumun bu gün keçirilən iclasında ötən gün veb-kameraları izləyəndə fərqi özünün də müşahidə etdiyini deyib:

"Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək".

MSK sədri vurğulayıb ki, səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır: "Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top