Avtobuslar toqquşdu: Yaralılar var

HADİSƏ 15 yan 2024, 21:59
Türkiyədə 2 işçi avtobusunun toqquşması nəticəsində 1-i ağır olmaqla 18 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Hatay vilayətində baş verib.

Qəza səbəbiylə yol nəqliyyata bağlanıb. Əraziyə təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib və onlardan 1-nin vəziyyətinin ağır olduğu öyrənilib.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top