“Son bir ildə qızıl və gümüşün qiyməti artıb” — Bahalaşma Azərbaycana necə təsir edir?

BİZNES 10 yan 2024, 16:35
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,30% artaraq 2039,1 ABŞ dollarına bərabər olub. Gümüşün bir unsiyasının qiyməti də 0,49 faizlik artımdan sonra 23,205 dolları ötüb. 

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, son bir ildə qızıl və gümüşün qiymətində nəzərə çarpacaq artım baş verib:

“Bir il əvvəllə müqayisədə dünya birjalarında qiymətlərdə təxminən 10 faizlik artım müşahidə olunur. Qiymətli metalların dəyəri hər gün artır, bu, təbii prosesdir. Gündəlik qiymət artımlarının Azərbaycana birbaşa təsir edəcəyini düşünmürəm. 

Qiymət dəyişikliyi “AzerGold” şirkətinin gündəlik gəlirlərinə təsir edə bilər. Zərgərlik bazarına da bunun hər hansı təsiri yoxdur. Çünki zərgərlik məhsullarının hazırlanması, satışı müəyyən müddət tələb edir. Yəni, dünya birjalarındakı qiymət dəyişiklikləri Azərbaycanda qızıl, gümüş alan vətəndaşların büdcəsinə təsir etmir. Amma uzunmüddətli dövrdə bu cür təsirləri hiss edə bilərik, bu halda qızılın qramında bahalaşma olur”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top