OPEC-in Baş katibi Azərbaycan Prezidentini təbrik edib

XARİCİ SİYASƏT 25 dek 2023, 19:45
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibiHaysam Əl-Qays Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Demokrat.az
xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Zati-alinizə doğum gününüz münasibətilə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək OPEC və qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə əsasən dayanıqlı neft bazarının sabitliyini təmin etmək üçün göstərilən səylərdə ən etibarlı tərəfdaşlardan biri olan Azərbaycan Respublikasının Prezidenti kimi Sizin idarəçilik, diplomatik və liderlik xüsusiyyətlərinizə heyranlığımı vurğulamağı özümə borc bilirəm.

Bu il Bakıya səfərim zamanı gərgin iş qrafikinizə baxmayaraq vaxt ayırıb məni qəbul etdiyiniz üçün Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, gözəl ölkənizə səfərlərimiz zamanı keçirilən yüksək səviyyəli görüşlərdə təşkilatımıza göstərilən misilsiz qonaqpərvərliyə görə Sizə daim minnətdarıq.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uğurlar arzulayır və Azərbaycan Respublikasına uzun illər rəhbərlik etməyinizi diləyirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top