Ukraynanın müdafiə naziri Rustem Umerov Fransa şirkətlərini Ukraynada silah istehsal etməyə çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Kiyevdə bir qrup fransalı deputatla görüşən Umerov görüşdən sonra sosial media hesabında Ukrayna və Fransanın birgə silah istehsalının əhəmiyyətinə toxunub.
Umerov, "Fransa müdafiə şirkətlərinə dedik ki, ortaq istehsala hazırıq. Qoy silahları Ukraynada istehsal etsinlər. Bu çox vacibdir". deyə bildirib.
Ukrayna hökuməti əvvəllər Fransa istehsalı olan SEZAR zirehli haubitsaları üçün Parisə pul ödəmişdi.
Qeyd edək ki, Fransa şirkətləri Ukraynaya top və haubitsa sursatlarının ixracını davam etdirir.
Aysu
Demokrat.az