“Hizbullah” İsrailin Livanın cənubundakı mülki evləri vurmasına cavab olaraq İsrailin şimalını hədəf alıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Hizbullah” tərəfindən açıqlama verilib.
Açıqlamada, "İsrailin mülki şəxslərə qarşı hücumlarına heç vaxt dözülməyəcəyi və eyni şəkildə cavab veriləcəyi" ifadə edilib.
Həmçinin, İsrailin şimalındakı Kiryat Şmona bölgəsinin Katyuşa raketləri ilə hədəf alındığı, şimal bölgələrindəki meşələrə yandırıcı raketlərin atıldığı bildirilib.
Livanın rəsmi agentliyi “NNA”da yer alan xəbərdə İsrailin Livanın cənubundakı Nakura qəsəbəsi yaxınlığındakı bölgəni artilleriya atəşi ilə hədəfə aldığı bildirilib.
Oktyabrın 8-dən İsrailin Livanın cənubuna hücumları nəticəsində 26 livanlı mülki şəxs həlak olub.
Qarşıdurmalarda 118 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri də həlak olub.
Aysu
Demokrat.az