ARDNF gələn il 15 milyon manatdan çox maaş ödəyəcək

İQTİSADİYYAT 08 dekabr 2023, 12:43
2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 38,247 milyon manat təşkil edəcəyi gözlənilir.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 3,1 % çoxdur.

ARDNF-in gələnilki xərclərinin 15,348 milyon manatını və yaxud təxminən 40,1 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 17,522 milyon manat, sosial ödənişlərə 0,1 milyon manat, qeyri-maliyyə aktivlərinə isə 5,276 milyon manat xərcləyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top