Qəzzada daha 2 israilli əsgər həlak oldu

DÜNYA 07 dekabr 2023, 18:14
İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda 2 əsgərinin həlak olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə
İsrail Müdafiə Qüvvələrindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, Qəzza zolağının mərkəzində dünən baş verən qarşıdurmada paraşütçülər briqadasının 22 yaşlı çavuşu Amit Bonzel həlak olub. 

Dekabrın 5-də Qəzzanın cənubunda baş verən qarşıdurmalarda yaralanan komando briqadasından 22 yaşlı çavuş Alemnew Emanuel Feleke də həyatını itirib. 

Həmçinin, Bonzelin öldüyü qarşıdurmada paraşütçülər briqadasının kəşfiyyat bölməsinin 3 ehtiyat əsgəri də ağır yaralanıb. 

Bununla da, Qəzza zolağında baş verən qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 86-ya yüksəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 09:40
Top