Qapıçıya qartopu atdılar, matç dayandırıldı — VİDEO

İDMAN 01 dekabr 2023, 11:21
Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda baş tutan “Helsinki” (Finlandiya) – “Aberdin” (Şotlandiya) matçında maraqlı anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, qonaqların azarkeşləri matçın gedişində rəqib qapıçıya qartopu atmağa başlayıb.

Nəticədə “Helsinki”nin qapıçısı Niki Myenpya hakimə şikayət edib. Referi matçı yarımçıq saxlayıb və şotlandlara bildirib ki, azarkeşlər qartopu atmağı dayandırmayana qədər oyun davam etdirilməyəcək.

Daha sonra isə fanatlar Nikiyə qartopu atmağı dayandırıblar.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top