Biləsuvar sakini hündürlükdən yıxılaraq öldü

HADİSƏ 30 noyabr 2023, 12:45
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb.

Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top