Gəncədə ağac evin üzərinə aşıb

HADİSƏ 28 noyabr 2023, 00:06

Gəncədə güclü külək bir sira fəsadlar törədib.

Külək nəticəsində şəhərin Ruzigar Qasımov küçəsindəki ağac yaşayış evinin üzərinə aşıb.

Evə ziyan dəydiyi bildirilib.

Budan başqa güclü külər şəhərin Atatürk, Şah İsmayıl Xətai prospketlərində və Dədə Qorqud küçəsində bir neçə ağacı aşırıb.

Həmçinin şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda qərb bölgəsində küləkli hava höküm sürür.(apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top