Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib

HADİSƏ 27 noyabr 2023, 21:57

Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.

APA xəbər verir ki, hadisə Beyləqan şəhərində qeydə alınıb.

1993-cü il təvəllüdlü Ramiz Eldar oğlu Abuzərov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ülkər Mahir qızı Abuzərovaya ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib.

O, daha sonra özünə də xəsarət yetirib.

Xəsarət alan hər iki şəxs Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top