Azərbaycan boksçuları beynəlxalq turnirdə dörd medal qazanıblar

İDMAN 26 noyabr 2023, 12:30
Azərbaycan boksçuları Qazaxıstanın Karaqanda şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə dörd medal qazanıblar.

Demokrat.az
xəbər verir ki, milli üzvləri beş ölkədən 200-dək idmançının qatıldığı yarışda iki qızıl, ik gümüş medal əldə ediblər.

Komandanın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar.

Azərbaycanlı hakim Asif Məmmədov isə yarışın ədalətli referisi seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top