Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu ilin oktyabr ayında belə bir məlumatı yayıldı: “Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması və sosial inteqrasiyası məqsədilə onlar üçün təhsilin əlçatanlığının, səmərəliliyinin və bərabərliyinin təmin olunması prioritetdir. Bu baxımdan 219 nömrəli evdə təhsil məktəbi şagirdlərinin təhsilinin qanunauyğun şəkildə ərazi üzrə ümumi təhsil müəssisələri vasitəsilə təşkili məqsədəuyğundur”. Məlumatda daha sonra bildirilirdi ki, sağlamlıq imkanları məhdud və evdə təhsilə cəlb olunmuş uşaqların yaşayış yerlərinə yaxın məktəb vasitəsilə evdə təhsilə cəlb edilməsi mərhələli şəkildə həyata keçiriləcək. Uşaqlar bir müddət öz məktəblərində evdə təhsillərini davam etdirəcəklər, dərs saatları azalan müəllimlərə digər məktəblərdə uyğun dərs saatlarının verilməsi təmin olunacaq, uşaqların müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün köməkliklər göstəriləcək. 2024-2025-ci tədris ilindən etibarənsə sağlamlıq imkanları məhdud şagirdlərin yaşayış yerlərinə yaxın məktəblər vasitəsilə evdə təhsillərini davam etdirməsi məsələsinə baxılacaq və uşaqların inklüziv təhsilə cəlbi prosesi başlanılacaq.
Məlumatı oxuduqda hər şey qaydasında görünür. Bəs diqqəti bir qədər artırsaq, daha dərinə nüfuz etsək, yenə də eyni nəticə görünəcəkmi? Gəlin, baxaq. Əvvəlcə, inklüziv təhsil nədir, nəzər yetirək. Bu, ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya edir. Onlarda özünə inam hissi formalaşır. Onlar cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşırlar. Gələcəkdə onların məşğulluq problemi də aradan qaldırılmış olur.
Yaxşı, bizim ölkədə inklüziv təhsil üçün lazımi imkanlar və şərait varmı? İmkanlar yəqin ki, var. Çünki dövlət büdcəsi kifayət qədər tutumlu və mühüm sosial layihələrin icrasına adekvat səviyyədədir. Lakin... Mövcud imkanların tələb olunan şəraitin yaradılmasına sərf olunmasında sıxıntı var. Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlini qətiyyətlə qaldırıb “bəli, sağlamlıq imkanları məhdud uşaqların orta ümumtəhsil məktəblərində digər şagirdlərlə birlikdə təhsil alması üçün bütün şərait var”, söyləyə biləcəkmi? Onların cavabına ehtiyac da yoxdur. Çünki cavab bəllidir. Paytaxtda, regionlarda bu kateqoriyaya aid şəxslərin sərbəst, normal, kimsədən fərqlənmədən ürəkləri istədiyi kimi hərəkət etmələri, cəmiyyətə qaynayıb-qarışmaları üçün lazımi şərait hələ də təmin edilməyibsə, bu kateqoriyaya aid uşaqlar üçün yaxın zamanda ümumtəhsil məktəblərində belə bir şəraitin yaradılacağı qeyri-mümkün görünür. BŞTİ prosesin mərhələli şəkildə icra olunacağını bildirir. Əsas, bu mərhələlərdə həmin uşaqların daha az psixi travma alması və təhsildə fasilə yaranmamasının təmin edilməsidir. Bunu necə bacaracaqlar?
18 il ötür...
Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilib. 2006-cı il dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı (2018-2024-cü illər ) qəbul edilib. Hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı 65 minə yaxın (yeni rəqəmlərlə götürsək, yəqin say bir qədər də artıb, hazırda 65 mindən çox ola bilər – T.Z.) göstərilir. Statistikaya görə onlardan təxminən 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır. Xüsusi məktəblər və ya internat məktəblərində uşaqların təhsili üçün şərait varsa, niyə heç yarısı da yox, sadəcə 12-13 mini təhsilə cəlb edilib?
"Əsas uyğun şərait, kadrlar və inamdır"
Təhsil problemləri üzrə ekspert, təcrübəli pedaqoq Nabatəli Qulamoğlu Demokrat.az-a açıqlamasında qeyd edib ki, burada bir neçə səbəb göstərilə bilər:
“Uşaq və təhsil müəssisələrinin heç də hamısı uyğun şəraitdə deyil. Kadr potensialı azdır. Valideynlər bu kateqoriyaya aid övladlarının müxtəlif səbəblərdən (bəzisi bunu lazımsız hesab edir, övladının hər hansı qüsuruna görə keçirdiyi psixoloji gərginliyi dəf edə bilmir, bəzisinin buna maddi və fiziki imkanları çatmır... ) təhsil almasında maraqlı olmurlar. Orta ümumtəhsil məktəblərinin imkanları və şəraiti fiziki qüsurlu uşaqların orada təhsil alması üçün uyğun olmalıdır. Hərəkət sərbəstliyinin təmin edilməsi, gündəlik zəruri ehtiyacların qarşılanmasında rahatlıq, məktəb infrastrukturunun uşaqlar üçün əlçatanlığı, kadr potensialı, bu uşaqlarla işləyə biləcək müəllimlər, tədris və təlim vəsaitləri olmalıdır. Valideynləri maarifləndirmək, inandırmaq lazımdır. Bunun üçün də örnəklər mütləqdir. Sağlamlıq imkanları məhdud uşaqlar ümumtəhsil məktəbinə dəvət edilməzdən əvvəl pedaqoji kollektiv və orada təhsil alan şagirdlər buna hazırlaşdırılmalıdır. Onlara təlim keçilməlidir, şagirdlərlə səmimi söhbətlər aparılmalı, onların özlərindən nəyləsə fərqlənən uşaqlara münasibətinin necəliyi öyrənilməli və bu istiqamətdə onlarda digərlərinə qarşı xoş, isti münasibətlərin, yardımsevərlik duyğularının formalaşmasına çalışılmalıdır".
Ekspert Avropa ölkələrini misal çəkib:
“İnklüziv təhsilin Skandinaviya modeli var. Məsələn, Finlandiyada sağlamlığında məhdudiyyət olan uşaqlar üçün milli tədris proqramı tərtib edilib. Belə uşaqlar kütləvi məktəblərdə də təhsil alır, dövlət tədris-məsləhət mərkəzləri də bu uşaqlara və onların valideynlərinə, eləcə də pedaqoqlarına təhsil prosesində yardım edir. Yəni, uşaqlardan əlavə, valideynlər və pedaqoqlar da prosesə hərtərəfli hazırlanır. Bunsuz mümkün deyil çünki. İnklüziv təhsilin reallaşması üçün pedaqoq hazırlığı dövlət səviyyəsində aparılır, çünki hər müəllim sağlamlıq imkanı məhdud uşaqlarla işləmək bacarığına malik deyil. Bunu həmin sahə üzrə xüsusi təhsil almış, təlim keçmiş pedaqoqlar edə bilər. İsveç, Danimarka modellərinin hərəsinin öz üstünlüyü var. Müəllimlərə xüsusi kurslar keçilir, onlar təcrübə mübadiləsinə göndərilir. Xüsusi mərkəzlər fəaliyyət göstərir”.
“Biz o uşaqları itirə bilərik”
Evdə tədrislə məşğul olan pedaqoq Arzu Şıxəliyeva bizimlə söhbətində hazırkı imkanların inklüziv təhsil üçün əlverişsiz olduğunu deyib:
“Bir halda ki, biz hələ kurikulum sisteminə tam uyğunlaşmamışıq, sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərinə cəlbi necə baş verə bilər?! Deyim necə olacaq – o uşaqlar məktəbə gəlməyəcəklər, sadəcə, adları yazılacaq, özləri isə təhsildən uzaq düşəcəklər. Sağlamlıq imkanları tam olan uşaqlar heç kurikulum sistemini normal qavraya bilmirlər, valideynlər ibtidai sinfin ilk pilləsindən uşaqları üçün repititor tuturlar. Sağlamlıq imkanı məhdud uşaqların digərləri ilə bir yerdə oxuması, eyni tədris proqramından istifadə etməsi ümumiyyətlə, mümkün olan şey deyil. Çünki proqramlar fərqlidir. Həmin uşaqlara ibtidai sinif səviyyəsində tədris keçilir ki, qavraya bilsinlər. Hazırda orta məktəblərdə ümumi vəziyyət qənaətbəxş deyil. Uşaqlar sosiallaşa bilmir, şagirdlərin bir-birinə münasibəti normal deyil, psixoloji durumları gərgindir. Bu şəraitdə onlar sağlamlıq imkanı məhdud uşaqlara necə münasibət göstərəcəklər? Onların rəftarı çox pis olacaq. Çünki ümumi şəkildə orta məktəblər buna hazır deyil. Avropa təhsil sistemində bu var, amma orada ümumi vəziyyət bizdəkindən fərqlidir. Hər bir modeli olduğu kimi tətbiq etmək yanlışdır. Sağlamlıq imkanları məhdud uşaqlarla illərdir işləyən biri kimi onların çox həssas olduğunu bilirəm. Bizə adi görünən sözdən, bir baxışdan o uşaqlar inciyə bilir. Uşaq gəldi məktəbə, əgər o, ilk gündən özünə qarşı xoş münasibət hiss etməyəcəksə, uşaqların baxışlarında təəccüb, heyrət görəcəksə, hansısa uşağın və ya ola bilər ki, hətta müəllimin də etinasızlığı ilə üzləşəcəksə, bu, ona ikiqat zərbə olacaq. Bu halda həmin uşaqlar həyatla barışmamış ondan küsəcək və məktəbə getməkdən də,oxumaqdan da imtina edəcəklər. Bəlkə də birdəfəlik”.
Son olaraq bunu demək istəyirik – sınıq qəlbi bərpa etmək çətindir. Bəzən də mümkünsüz. Odur ki, bu uşaqları ümumtəhsil məktəblərinə göndərməzdən əvvəl, necə deyərlər, bütün daşların yerinə oturub-oturmadığına əmin olmaq lazımdır. Əks halda “uşaqlar məktəbə getmək istəyir, istəmir” sualı qarşısında qalacağıq. Qorxulu olan bu halda “m” hərfinin üstünlük təşkil edəcəyidir. Bu, bizim həmin uşaqları itirməyimiz demək olacaq.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir.