“Regionlarda media nümayəndələri ilə əməkdaşlığımızı davam etdirəcəyik” — Əhməd İsmayılov

MEDİA 08 noyabr 2023, 15:08
“Bu gün regionda fəaliyyət göstərən media nümayəndələri ilə görüşdə səsləndirilən problemlər və təkliflər, onların inkişaf istiqamətində baxış prizmaları, qaldırdıqları məsələlər tərəfimizdən araşdırılacaq və bu bizim təhlil, diaqnostik materialın hazırlanmasında çox yardımçı olacaq. 

Medianın İnkişafı Agentliyi region mətbuatının təhlil olunmasını bundan sonra da davam etdirəcək və hesab edirəm ki, bundan sonra biz davamlı olaraq regionlarda media nümayəndələri ilə birgə əməkdaşlıq fəaliyyətlərimizi davam etdirəcəyik”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna eksklüziv açıqlamasında Gəncədə səfərdə olan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov verib.  
 
Onun sözlərinə görə, Gəncədə keçirilən görüşdə çap mediasının, region televiziyalarının,  eləcə də onlayn medianın qarşılaşdıqları çətinliklər müzakirə olunub:   

“Gəncədə keçirilən görüşə ətraf və  yaxın bölgələrdən olan media nümayəndələri dəvət olunmuşdu. Hesab edirəm ki, birgə müzakirələr zamanı söylənilən bir çox problemlər və təkliflər üzərində işləmək lazımdır. Qərara aldıq ki, gələcəkdə də region mətbuat nümayəndələri ilə aktiv şəkildə görüşlər keçirək. Burada qaldırılan məsələlərin həlli istiqamətində əməli addımların atılacağını düşünürəm” deyə Əhməd İsmayılov əlavə edib. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top