Pərviz Həşimli Rumıniyada mükafat aldı — FOTO

MEDİA 02 noy 2023, 11:46
Rumıniyanın paytaxtı Buxarestdə Türkiyə-Rumıniya Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi, habelə Türkiyə-Rumıniya diplomatik münasibətlərinin 145-ci ili ilə bağlı beynəlxalq səviyyəli tədbir keçirilib.

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimlinin iştirak etdiyi tədbirdə Rumıniyanın sabiq prezidenti Emil Constantinescu, Türkiyə prezidentinin müşaviri Yalçın Topçu, müxtəlif ölkələrin səfirliklərinin təmsilçiləri, bir sıra tanınmış siyasətçilər və iş adamları iştirak edib.

Mərasimdə Pərviz Həşimli ” Cumhuriyyete Hizmet Ödülü”nə layiq görülüb.

Baş redaktorun mükafatını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu təqdim edib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top