Messi Barselona prezidenti ilə şəkil çəkdirməkdən imtina etdi

İDMAN 02 noy 2023, 10:10
“İnter Mayami”nin hücumçusu Lionel Messi Messi Barselona prezidenti Laporta ilə şəkil çəkdirməkdən imtina edib.

Demokrat.az
xəbər verir ki, mərasimdən sonra Laporta Messi və qadınlar arasında “Qızıl top” mükafatını qazanan “Barselona”nın futbolçusu Aitana Bonmati ilə kollektiv şəkil çəkdirmək istəyib, lakin argentinalı “Barselona” prezidenti ilə şəkil çəkdirməkdən “qəti şəkildə imtina edib”.

Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb və argentinalı azad agentə çevrilib. O, qalmaq üçün maaşının yarısını verməyə hazır olduğunu da etiraf edib.

Oktyabrın 30-da Messi səkkizinci dəfə “Qızıl top”u qazanıb.

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Hücumçu iki il Fransanın Paris Saint-Germain klubunda oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku – Liqa Kubokunu qazanıb. İnter Mayamidə keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top