Göygöldə mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanlar var

HADİSƏ 13 okt 2023, 19:47
Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, “Mercedes-Benz” markalı mikroavtobusla VAZ markalı minik avtomobili toqquşub.

Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Onların arasında azyaşlı da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top