Mebel fabrikində güclü yanğın baş verdi

HADİSƏ 02 oktyabr 2023, 21:50
Türkiyənin Bursa vilayətində fəaliyyət göstərən 5 mərtəbəli mebel fabrikinin damında yanğın baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, naməlum səbəbdən baş verən yanğın qısa zamanda dam örtüyünə və ətraf ərazilərə yayılıb.

Bölgəyə dərhal yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.

Səlahiyyətlilər bildirib ki, alov qonşuluqdakı digər mebel fabrikinə də keçib.

Hazırda komandalar yanğını nəzarət altına almağa çalışır.

Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top