Günümüzdə texnologiyadan istifadə tək böyükləri deyil, azyaşlıları da özündən asılı hala salıb. Valideynlərin və uşaqların texnoloji alətlərdən hədsiz çox istifadə etməsi onların ailə, sosial , məktəb və iş həyatına neqativ təsir göstərir. Valideynlər çox vaxt bunun fərqində olmur, uşaqlarının virtual aləmdə, sosial şəbəkələrdə həddindən çox və lazımsız yerə vaxt keçirmələrinə müdaxilə etmirlər.
Mövzu ilə bağlı Demokrat.az-a danışan psixoloq Ayşən Bayramovanın sözlərinə görə texnoloji alətlərin uzun müddət istifadəsi uşaqlarda inkişaf problemlərinə və akademik uğursuzluğa səbəb ola bilər:
“Belə ki, yuxu və iştah pozulmaları, məsuliyyətləri axsatma, zaman itkisi, fikrin yayınması dərs oxumaq qabiliyyətini aşağı salır, müvəffəqiyyətsizliyə səbəb olur. Bundan başqa uşaq sosial mühitdən tez sıxılır, əsəbi, yorğun, aqressiv olur, yalan danışmağa meyil edir, diqqətini cəmləyə bilmir”.
O qeyd edib ki, uşaqların texnoloji alətlərdən çox istifadə etməsi və ailənin buna icazə verməsinin bir çox səbəbləri var:
“Ola bilər ki, uşaq ailəsilə vaxt keçirməkdən zövq almır, dostlarının çoxu ilə virtual ünsiyyətdə olur və bu cür vaxt keçirməklə özünü xoşbəxt hiss edir. Valideyn bunun uşağına zərərli ola biləcəyinin fərqində olmur. Düşünür ki, uşağının əlindən telefonunu, planşetini alsa, o kədərlənəcək. Bir çox valideynlər uşağın həyətə çıxmağına icazə vermir. Belə olan halda uşaq vaxtının çoxunu virtual aləmdə keçirməli olur”.
A.Bayramova deyib ki, valideynlərin sosial media və ağıllı telefonlardan çox istifadə etməsi də övladlarına təsir edir:

“Aparılan araşdırmalara görə texnoloji alətlərdən istifadənin artması ilə real həyatda edilən fəaliyyətlər azalır və ailə, iş, sosial çevrədə problemlər yaranmağa başlayır ki, uşaqlar da bundan təsirlənir.
Texnologiyadan düzgün şəkildə istifadə etsək, zərərindən çox faydasını görərik. Bunun asılılığa çevrilməməsi üçün ziyanlarının fərqində olmalıyıq. Öhdəsindən gəlmək çətindirsə, mütəxəssisə müraciət etmək olar”.
Son olaraq müsahibimi əlavə edib ki, texnologiyadan asılı hala gəlməmək üçün ailə daxilində ünsiyyəti artırmaq, müxtəlif sosial fəaliyyətlərlə məşğul olmaq olar:
“Uşaqlarla açıq havada gəzintilər təşkil etmək, onları sosial və idman kimi fəaliyyətlərə cəlb etmək, dostlarıyla faydalı zaman keçirmələrinə şərait yaratmaq olar. Uşaqların texnologiyadan istifadəsinə valideyn nəzarət etməlidir, onların yaşı nəzərə alınmalıdır. İnternet üzərindən qurulan tanışlıqların təhlükələri barədə onlarla profilaktik söhbətlər aparılmalıdır”.
Törə Zeynallı
Demokrat.az