Siyəzəndə avtomobillər toqquşub, ölən və yaralananlar var

HADİSƏ 29 sentyabr 2023, 00:25
Bakı-Quba-Rusiya ilə sərhəd avtomobil yolunun 105-ci km-də, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR və "Ford Transit" markalı yük avtomobilləri toqquşub.

"Report"un Şimal bürosunun məlumatına görə, qəza nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Elşənov Cavid Əhdixan oğlu hadisə yerindəcə ölüb, daha iki nəfər, sərnişinlər - 1990-cı il təvəllüdlü Kərimov Məhəbbət Əlikişi oğlu və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top