“Etnik təmizləmə” iddiası: “Ermənistan Azərbaycanın haqq mübarizəsini işğal kimi qələmə vermək üçün əlindən gələni edir”

GÜNDƏM 28 sentyabr 2023, 19:51
“Antiterror tədbirlərindən sonra Azərbaycan öz suverenliyini tam bərpa etdi. Cinayətkar erməni hərbi birləşmələri və mülki əhali Qarabağı tərk edir. Azərbaycan tərəfi buna qədər də rəsmən elan etmişdi ki, ölkə Konstitusiyasını, qanunlarını qəbul edən erməni əsilli vətəndaşlar bu ərazilərdə yaşaya bilərlər. Yox,  əgər separatçılığa meyil edəcəklərsə, burada yaşamaq haqları yoxdur”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. 

O bildirib ki, Ermənistan Baş naziri BMT Təhlükəsizlik Şurasında bu məsələ müzakirə olunarkən ermənilərin sərbəst keçidinin təmin olunduğunu, onlara qarşı etnik təmizləmə olmadığını qeyd etdi:

“Ancaq bu gün deyir ki, guya onlara qarşı Azərbaycan etnik təmizləmə həyata keçirir. Bu, erməni xislətidir, erməni xarakteridir, ikiüzlülüyüdür. Hələ bundan sonra nələr uyduracaqlar, nələr deyəcəklər... Ermənistan Azərbaycanın haqq mübarizəsini işğal kimi qələmə vermək üçün əlindən gələni edir. 30 il ərzində erməni məkrini, qəddarlığını hamımız gördük. Bu gün Ermənistan və onu müdafiə edənlər nə böhtan atsalar da heç birinin əhəmiyyəti yoxdur. Dövlət başçısının dediyi kimi Ermənistanla normal qonşuluq münasibətləri qurmağımız mümkündür. Lakin tarix boyu ermənilərin bizə qarşı törətdiklərini unutmamalı, nəticə çıxarmalıyıq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 may 2025, 10:40
Top