Kremldən Qarabağdakı qondarma rejimin özünü buraxmasına REAKSİYA

XARİCİ SİYASƏT 28 sentyabr 2023, 15:29
“Kreml Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanatı nəzərə alıb”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Moskva regiondakı vəziyyəti, ilk növbədə, humanitar aspekti diqqətdə saxlayır:

“Bu, ən mühüm məqamdır”, – deyə Kreml rəsmisi vurğulayıb.

Onun sözlərinə görə Rusiya sülhməramlı kontingenti insanlara yardımı davam etdirir: “Hazırda Qarabağdakı ermənilərin böyük hissəsi Ermənistan tərəfə keçmək arzusunu bildirir və bunu istəyən hər kəsə dəstək göstərilir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top