Yük maşını aşdı: Yaralanan var

HADİSƏ 18 sen 2023, 20:30
Türkiyənin Hatay vilayətində dəmir yüklü maşınının aşması nəticəsində 1 nəfər yaralanıb, 4 avtomobilə ziyan dəyib.

Demokrat.az xəbər verir ki, hadisə vilayətin Belen rayonunda baş verib.

Aşan yük maşınındakı dəmir qırıntıları ətrafa səpələnib və yolda olan 4 avtomobilə ziyan dəyib.

Qəzada avtomobillərdən birində olan sürücü ağır  yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralını rayon xəstəxanasına yerləşdirib.

Qəzaya görə bir müddət nəqliyyatın hərəkəti dayandırılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top