Türkiyə millisinin baş məşqçisi işdən qovuldu

İDMAN 17 sentyabr 2023, 18:59
Türkiyə milli futbol komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib.

Məlumata görə, Türkiyə Futbol Federasiyası rəhbərliyi alman məşqçiyə zəng edərək qovulduğunu bildirib.

Müvafiq qərar ay-ulduzlu komandanın AVRO-2024-ün seçmə mərhələsinin D qrupunun 5-ci oyununda evdə Ermənistanla 1:1 hesablı heç-heçə etməsindən və yoldaşlıq görüşündə Yaponiyaya 4:2 hesabı ilə uduzmasından sonra verilib.

Qeyd edək ki, Kunts milli komandanın rəhbəri kimi çıxış etdiyi 20 matçda 12 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətlə orta hesabla 1,95 xal əldə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top