Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinat barədə əmr imzalayıb.
Demokrat.az xəbər verir ki, nazirin əmri ilə polis polkovnik-leytenantı Vüsal Rüstəmov Balakən Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, V.Rüstəmov bu təyinata qədər Binəqədi rayon Polis İdarəsində çalışıb və polis orqanlarında peşəkar zabitlərdən hesab olunur.