Ziyafət Əsgərov istirahətini şəhid ailələri ilə görüşlərə sərf edir — FOTO

SOSİAL 12 avq 2023, 14:23
Yay tətilini seçildiyi dairədə keçirən millət vəkili Ziyafət Əsgərov 76 saylı Lənkəran-Astara seçki dairəsinin bir sıra kəndlərində, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun iştirakı ilə  görüşlər keçirib. 

Demokrat.az xəbər verir ki, hazırda deputatın şəhid ailələri ilə görüşləri davam edir. 

Astaranın ucqar dağ kəndləri Anbuba və Əsxənəkəranda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Millət vəkili Anbuba kəndində  şəhid Kənan Hacıyevin, Motlayataq kəndində şəhid Əhəd Ağayevin ailələrində olub və onların problemləri ilə maraqlanıb. 

Deputat şəhid ailələrinə qarşılaşa biləcəkləri istənilən problemlərlə, o cümlədən məişət, məşğulluq, təhsil və səhiyyə xidmətləri ilə bağlı ona dərhal məlumat verilməsini xahiş edib və bu işlərdə hər zaman onlara yardım etməyə hazır olduğunu bildirib. 

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər.





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top