Polis Bakıda onları axtarır

SOSİAL 18 iyl 2019, 10:10

Bakının Binəqədi rayonunda itkin düşmüş iki qız Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarılır.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, 7-ci mikrorayonda, İbrahimpaşa Dadaşov küçəsi 71 ünvanında kafedə işləyən 2002-ci il təvəllüdlü Amina və 2004-cü il təvəllüdlü Elina işlədikləri obyektdən çıxaraq bir daha evə qayıtmayıblar.

 

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu barədə 1980-ci il təvəllüdlü Oksana Vasilyevna müraciət edib və bildirib ki, qızları işdən çıxaraq evə qayıtmayıblar.

 

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları itkin düşən yeniyetmələrin axtarışına başlayıb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top