
Məşhur ekstrasens Bayram Nurlu "Bottle Cap Challenge" (Butulka qapağı açmaq hərəkəti) trendinə qoşulub.
Demokrat.az xəbər verir ki, ekstrasens dünya ulduzlarına irad tutaraq trendə öz üslubunu qatıb.
Çəkdiyi videonu instagram səhifəsində paylaşan B.Nurlu bu sözləri deyib:
“Yeni trendə baxdım, bir az güldüm. Bu dünya məşhurlarında, bəzi məşhurlarda abır-həya yoxdur. Qıçlarınızı qaldırmısınız, ayıbdır, kimə lazımdır axı? Belə trend olar? Trend mən sizə göstərəcəyəm necə olur”, - deyən B.Nurlu butulka qapağını üfürərək açıb.