Qalada avtomobil yol ayırıcına çırpılıb, ölən və xəsarət alanlar var

HADİSƏ 28 iyun 2023, 13:13
Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 27-də saat 21 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Axundov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə Ə.Axundov və sərnişinləri H.Əliyeva, S.Qəmbərova, M.Qasımov və İ.Əliyev xəstəxanaya yerləşdirilib. Sürücü orada ölüb, sərnişinlər isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Araşdırma aparılır.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2025, 21:56
Top