Hakan Fidan Blinkenlə DANIŞDI

XARİCİ SİYASƏT 08 iyn 2023, 16:07
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub.

Demokrat.az
xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, görüşdə Blinken nazir Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Həmçinin İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna taxıl sazişi məsələlıri müzakirə edilib.

Sonda nazirlər tez bir zamanda yenidən görüşmək üçün razılığa gəliblər.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top