Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib

XARİCİ SİYASƏT 07 iyun 2023, 21:30
Gənclər və idman naziri (AGIN) Fərid Qayıbov Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Demokrat.az
xəbər verir ki, AGİN-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkənin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Kristof Salay-Bobrovnitski səmimi qəbula görə təşəkkürünü bildirib və dövlətlər arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top