Sabir Rüstəmxanlı: "Korrupsiya bataqlığında təmiz şəxsiyyət yetişə bilməz" — VİDEO

SOSİAL 06 iyn 2023, 17:59
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu verilişdə bu dəfə Azərbaycan cəmiyyətinin mövcud mənəvi-psixoloju durumundan danışıb.

Millət vəkilinin sözlərinə görə, özümüzü cəmiyyətin içində hesab etsək, ətrafımızda doğma, bizi sevən və qoruyan adamlar olduğunu düşünsək də, əslində cəmiyyət birmənalı qəbul oluna bilməz. Yekcins olmayan cəmiyyətin sərhədləri bəlli deyil.

S.Rüstəmxanlı qeyd edib ki, xeyli ömür yaşasa da, hələ də bəzən özünü cəmiyyətin içində yad hiss edir:

"Çünki uşaq vaxtı rayondan çıxıb Bakıya gələndə burada insanlar demək olar ki, bizim dildə danışmırdı. Şəhər əhalisi rus dilində danışırdı. Rəsmi yığıncaqlar və görüşlər hamısı rus dilində aparılırdı. Bu yad dildə danışan toplum sənin cəmiyyətin sayılıa bilməz. İndinin özündə də bir az fərq var. Hamı eyni gözlə görmür. Yüksələnə bir gözlə baxılır, enənə bir gözlə. Cəmiyyətin üzvləri bir-birinə təəssüf ki, sevgi ilə yanaşmırlar. Bu, çox ciddi bir problemdir. Cəmiyyət o vaxt gücə çevrilə bilər ki, onun içərisində insanlar bir-birinə sevgi ilə bağlansın. Belə olduqda hımin cəmiyyət kamil bir cəmiyyət olur. Beləliklə, millət və dövlət daha da güclü olur, amma cəmiyyətdə əyrilik, rüşvət, korrupsiya bataqlığı varsa, orada təmiz şəxsiyyətin yaşaması və yetişməsi mümkün olmur". (bakupost.az)

Demokrat.az S.Rüstəmxanlının mövzu ilə bağlı fikirlərini təqdim edir:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top