AZAL-da qalıq qalmasında qəbahət yoxdur — Samir Şərifov

İQTİSADİYYAT 06 iyn 2023, 13:22
Azərbaycan Hava Yollarına (AZAL) verilən subsidiyanın həmin qurumun hesabında saxlanılması məsələsinə aydınlıq gətirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov danışıb.

“Zərərlə gəlirlərin qarşılanması üçün dövlət büdcəsindən subsidiyalar ayrılır. Bu məqamla eyni subsidiya AZAL-a da ayrılıb. Amma burada məsələ qaldırılır ki, ayrılan vəsaitin istifadə olunmaması fonunda bank hesabının sıfırlanması qeyd olunur. Ayrılan vəsaitin istifadə olunmaması demək deyil ki, qurumun bank hesabı sıfırlanmalıdır. Biz bank hesabında vəsaitin qalmasında problem görmürük. Bizdə olan məlumata görə, AZAL-ın ötən il bank hesabında qalan vəsait 8,3 milyon manat təşkil edib”,- deyə nazir bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top