İbtidai sinifdə oxuyan 77 qız zəhərləndi

HADİSƏ 05 iyn 2023, 17:27
İrandan sonra qızların zəhərlənməsi halları qonşu Əfqanıstana da yayılıb.

Demokrat.az
xəbər verir ki, ölkə ərazisində ibtidai məktəbdə oxuyan 80-ə yaxın qız şagirdi zəhərlənib.

Belə ki, ölkənin şimalındakı Nəsvan Kabod ibtidai məktəbində 60 şagirdin, Nəsvan Fayzebad ibtidai məktəbində isə 17 şagirdin zəhərləndiyi bildirilib.

Məsələ ilə bağlı yerli rəsmilər bildirilib ki, məktəblər ard-arda hədəfə alınıb:

“İki ibtidai məktəb bir-birinə yaxın ərazidə yerləşir və ardıcıl olaraq hədəfə alınıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir. İlkin ehtimallara görə, haadisə şəxsi düşmənçilik səbəbindən baş verib”.

Zəhərlənən şagirdlər xəstəxanaya aparılıb. Hazırda onların vəziyyəti yaxşıdır.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top