Elman Nəsirov Ərdoğanın qələbəsi münasibətilə qurban kəsdi: "Tutduğum sözün üstündə durdum..."

HADİSƏ 05 iyn 2023, 15:02
Milli Məclisin deputatı Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə ötən gün doğulduğu və təmsil olunduğu Cəlilabad rayonunda qurban kəsib.

Bu barədə Demokrat.az-a Elman Nəsirov özü məlumat verib. 

Deputat bildirib ki, kəsdiyi qurbanlar əsasən ehtiyacı olan insanlara paylanılıb:

"Çox şadam ki, tutduğum sözün üstündə durdum. Ötən gün kəsdiyim qurbanları əsasən tanıdığım və ən çox ehtiyacı olan insanlara payladıq. Əsas hədəfimiz kasıb insanları sevindirmək idi".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top