Hindistan aviaşirkəti Dehlidən Bakıya uçuşlara başlayacaq

İNFRASTRUKTUR 03 iyn 2023, 18:00
Hindistanın aşağıbüdcəli aviaşirkəti “IndiGo” bu ilin avqust ayından Dehlidən Bakıya birbaşa uçuşlara başlayacaq.

Məlumata görə, aviaşirkət avqustdan həmçinin Dehlidən Tbilisiyə, sentyabrdan isə Özbəkistanın Daşkənd və Qazaxıstanın Almatı şəhərlərinə aviareyslər yerinə yetirəcək.

“IndiGo” həmçinin bu ilin iyul ayından Hindistanın Mumbay şəhərindən Keniyanın Nayrobi və İndoneziyanın Cakarta şəhərlərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top