Nazir: Gömrük rüsumundan azadolmalar kifayət qədər çoxdur

İQTİSADİYYAT 02 iyn 2023, 14:46
Maliyyə naziri Samir Şərifov qeyri-neft gəlirlərinə diqqət yetirməyi vacib sayır.

Demokrat.az
xəbər verir ki, Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında deyib ki, Dövlət Vergi Xidmətinin bütün il üçün olan proqnozu ilin ilk rübündə həyata keçirməsi əlavə dəyər vergisi ilə bağlıdır.

Nazir qeyd edib ki, gömrüklə bağlı da riyazi yanaşma düzdür: "Ötən il gömrük rüsumlarından da daxilolmalar çox yüksək olmuşdu. Buna səbəb islahatlardır. Amma cari il də proqnozumuz ötən ilin icrasından aşağı idi. Bununla əlaqədar nəzərə almalıyıq ki, bizdə gömrük rüsumundan azadolmalar kifayət qədər çoxdur. Azalma da bununla bağlıdır. Qeyri-neft gəlirlərimiz nə qədər çox olsa, bizim üçün yaxşıdır. Biz bu zaman neft gəlirlərimizə qənaət edib, Neft Fondundan transferti azalda bilərik". (apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top