Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb

İKT 20 may 2023, 12:00
2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) gəlirləri 111,397 milyon manat təşkil edib.

Demokrat.az xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 4,1 dəfə çoxdur.

RİNN-nin gəlirlərinin 100,452 milyon manatı və yaxud 90,2 %-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 5,95 dəfə çoxdur. Hesabat dövründə nazirliyin birja əməliyyatlarından gəlirləri isə 10,9 % artaraq 10,944 milyon manat olub.

Ötən il RİNN-nin xərcləri isə əvvəlki ilə nisbətən 4,15 dəfə çox - 111,467 milyon manat təşkil edib. O cümlədən nazirliyin əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 14,3 % azalaraq 5,103 milyon manat, maliyyə yardımları və sair transferləri 5,2 dəfə artaraq 105,435 milyon manat, sərf etdiyi materialların dəyəri 17,65 % artaraq 60 min manat, amortizasiya xərcləri 6,6 % azalaraq 99 min manat, sair əməliyyat xərcləri isə 29,6 % artaraq 770 min manat olub.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top