"Ermənistan növbəti dəfə təxribat törədərək vəziyyəti gərginləşdirir" — MN

HƏRBİ 12 may 2023, 14:04
Mayın 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Bu barədə Demokrat.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

“Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top