İran humanitar yardım adı ilə Suriyaya silah daşıyıb — KİV

HƏRBİ 08 may 2023, 09:23
ABŞ kəşfiyyatına və İsrail rəsmisinə istinad edilən sənədlərdə İranın fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra fəlakət qurbanlarına yardım daşımaq bəhanəsi ilə Suriyaya dronlar və digər hərbi texnika daşıdığı iddia edilir.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ-da dərc olunan “Washington Post” (WP) qəzetində məqalə dərc olunub.

Xəbərdə Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra İranın İraqdan Suriyaya göndərilən humanitar yardım maşınları ilə 30 PUA və bəzi hərbi ləvazimatları daşıdığı bildirilir.

Qəzetdə ABŞ kəşfiyyatına və İrana yaxın bir İsrail hərbi rəsmisinə əsaslanan sənədlərlə bağlı bildirilir:

“Bu, fevral ayında Suriya və qonşu Türkiyəni viran qoyan fəlakətdən sonra İranın Suriyaya yardım çatdırılması adı altında hərbi müdafiə avadanlıqları daşıması ilə bağlı əvvəlki hesabatları gücləndirir”.

Prosesin bölgədəki silahlı qruplar və İranın elit kəşfiyyat birliyi olan Qüds Qüvvələri vasitəsilə həyata keçirildiyi iddia edilir.

WP-nin xəbərinə görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin yüksək rütbəli rəsmisi ABŞ-ın sənədindəki tapıntıları “saxta” adlandırıb və Suriyada İranla işləyən qruplara silah vermək üçün heç bir bəhanəyə ehtiyac olmadığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top