Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrləri açıqlanıb

İNFRASTRUKTUR 07 may 2023, 14:09
Ümumi uzunluğu 37.7 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8.2 kilometrlik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional və yerli yollar şöbəsinin rəisi İlham Süleymanov bildirib.

İlham Süleymanov deyib ki, dörd hərəkət zolağından ibarətdir: “Yolun 8.2 kilometrlik hissəsinin üzərində dörd avtobus dayanacağı, bir ədəd uzunluğu 79 metr olan körpü və 15 ədəd müxtəlif diametrli su ötürücü borular tikilib təhvil verilib. Yolda gördüyünüz kimi 8.2 kilometrlik hissədə son tamamlama işləri tərəfimizdən yekunlaşıb. Bundan başqa, səfər çərçivəsində bizim bir dənə də açılışını elədiyimiz Füzuli-Hadrut yolu oldu ki, onun da ümumi uzunluğu 10.2 kilometrdir. O yolda da bütün işlər yekunlaşıb. Həmin yol da birinci texniki dərəcəyə uyğun tikilib və yolun üzərində 18 paqon metr uzunluğunda körpü inşa edilib. Həmin yolun üzərində 8 ədəd müxtəlif diametrli su ötürücü boru, 7 heyvan keçidi də daxil olmaqla düzbucaqlı borular inşa edilib”.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top