Natiq Cəfərli: “Quru sərhədləri bağlayıb, Ermənistan vətəndaşlarına açıq saxlamaq haqsızlıqdır”

GÜNDƏM 01 may 2023, 15:14
Azərbaycan-Ermənistan sərhəddindən yayılan görüntülərə baxdım, xoş gəldi, mədəni davranış, qonşularımızın çaşqın və öz taleləri ilə barışmış görüntüsü - hər şey qaydasındadır, qürurverici kadrlardır. Gün o gün olsun ki, 3 ildən çox qapalı olan digər quru sərhələrmizdən gedib-gələn insanların da görüntüləri yayılsın.

Demokrat.az
-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib. 

“Hörmətli hökumət, ölkədə haqsızlıq yazılmış qanunların çeynənməsi zamanı adiləşir (və bu çox təhlükəlidir), ən əsası da Konstitusiyanın çox aydın maddələri pozulanda dövlət adına pis görüntü yaranır. Məsələn, 3 ildir ki, Milli Məclisdə deputat yerləri boş qalıb – açıq pozuntudur və ya Naxçıvanla bağlı verilən son qərarlar siyasi olaraq doğru olsa da, Konstitusiyaya baxanda düzgün deyil, ya da quru sərhədləri hamıya bağlayıb Ermənistan vətəndaşlarına açıq saxlamaq, tək Naxçıvan qeydiyyatı olanları Türkiyəyə quru sərhədlərdən buraxmaq haqsızlıq-hüquqsuzluqdur. Vətəndaşımız dözümlüdür, başadüşəndir, amma Konstitusiyanın açıq pozuntuları Dövlət kimi müqəddəs anlayışa zərər vurur. Yəni, ya olduğun kimi görünməyin, ya da göründüyün kimi olmağın zamanı çatıb. Bunun üçün isə ən önəmli addım yeni Konstitusiya dəyişikliyi, Naxçıvanın statusunun ləğvi, yerli özünüidarə institutlarının təsisi, vətəndaşların haqq və azadlıqlarının təminatının gücləndirilməsi və s. kimi addımlar atılmalıdır ki, yeni yaranmış reallıqlar, həm də 44 günlük Vətən müharibəsinin nəticələri qanunvericilikdə də aydın şəkildə təsbit olunsun. Dövlət adlanan institutun nüfuzu qəbul etdiyi qanunlara öz qurumları tərəfindən hərfi və hüququ anlamda tam riayət etməklə güclənir...” – N.Cəfərli qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top