Azərbaycanda bu siqaretlərin qiyməti qalxdı — TAM SİYAHI (YENİLƏNİB)

SOSİAL 03 aprel 2023, 13:15
Bu gündən Azərbaycanda siqaretlərin qiyməti qalxıb. Son bir ayda ikinci dəfədir ki, siqaretlərin qiymətində artım baş verir.

Demokrat.az
xəbər verir ki, yenisabah.az paytaxtdakı satış mərkəzlərindən siqaretlərin yeni qiymət siyahısını əldə edib. Qiymət artımı, əsasən, aşağıdakı markalarda baş verib.

Həmin markaların həm əvvəlki, həm də yeni qiymətlərini təqdim edirik:

“Winston” - 3.60/3.70

“Winchester” - 2.70/2.80

“LD” - 3/3.10

“Pall Mall” - 2.80/2.90

“Kent” - 3.80/3.90

“Rothmans” - 2.70/2.80

“Sobranie” - 4/4.10

“Keno” - 2.20/2.30

“Argo” - 2/2.10

“West” - 2.50/2.60

“Prima” - 2.20/2.30

“Bakı” - 2/2.10

“Kingston” - 2/2.10


***
12:10

Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb. 
 
Demokrat.az
xəbər verir ki, bu barədə qaynarinfo-ya Bakıdakı mağazaların satıcıları məlumat verib.
 
Bildirilib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb.
 
Qeyd edək ki, bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşım edib. Paylaşımlarda qeyd olunub ki, "Kent-4" 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, "Winston" 3.70-dən 3.80 qəpiyə qalxıb.
 
Hələlik bununla bağlı böyük market şəbəkələrindən rəsmi açıqlama verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top