Yermak Baydenin müşaviri ilə silah təchizatını müzakirə edib

DÜNYA 21 mar 2023, 08:30
Ukrayna Prezident Aparatının rəhbəri Andey Yermak ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.

Bu  barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd olunub ki, Yermak cəbhədəki, o cümlədən Donetsk vilayətindəki mövcud vəziyyət barədə məlumat verdib.

O, Ukraynanın əlavə silah və sursatla tez bir zamanda təmin edilməsinin vacibliyini vurğulayıb.

Yermak növbəti yardım paketinə görə təşəkkür edib.

Ukrayna Prezident Aparatının rəhbəri həmçinin qeyd edib ki, o, bütün Amerika xalqına, ABŞ Prezidentinə və Konqresin hər iki palatasına terrorçu dövlətlə mübarizədə ölkəsinə sarsılmaz güclü dəstəyə görə minnətdarlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top