Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına endi

TURİZM 12 fev 2023, 11:10

"flyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə  Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Sərnişinlər və heyət hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top