Türkiyədə zəlzələdə ölənlərin sayı 912-yə çatıb, 5385 nəfər yaralanıb — YENİLƏNİB (VİDEO)

REGİON 06 fev 2023, 14:19
Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. 

11:16

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.


Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Xəlzələ nəticəsində 1710 bina dağılıb.

09:20

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.


“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

08:49

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatıb. 


Bununla bağlı “Haber Global” məlumat yayıb. 

Bildirilib ki, Malatya bölgəsində zəlzələ nəticəsində 140 bina dağılıb, azı 23 nəfər ölüb, 420 nəfər isə xəsarət alıb. 

Bundan başqa, Şanlıurfada 18 bina dağılıb, 17 nəfər həlak olub. 

Osmaniyedə isə 34 bina yerlə yeksan olub, beş nəfər həyatını itirib.

İlkin məlumatlara görə, Diyarbəkirdə isə altı nəfər həlak olub.

06:59

Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.


Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.//oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top